Ermənistanda 6 din xadimini saxlayıblar. Vəkil Ara Zoqrabyanın “Facebook” sosial şəbəkəsində yazdığı kimi, saxlanılan şəxslər arasında beşi Araqatsotn yeparxiyasının baş keşişi, yepiskop Mkrtiç Proşyan və eyni yeparxiyanın beş din xadimidir. Bundan əvvəl onların evlərində axtarış aparılıb.
Həmçinin, yeparxiyanın bir neçə əməkdaşı mülki şəxs saxlanılıb. Araqatsotn yeparxiyasının baş keşişi katolikosun bacısının oğludur.
Bundan əvvəl Araqatsotn yeparxiyasının din xadimlərindən biri Aram Asatryan 2021-ci ildə müxalifətin təşkil etdiyi bütün aksiyalarda patriarxlığın təzyiqi altında iştirak etdiyini bildirmiş və Araqatsotn yeparxiyasının baş keşişini təqibdə ittiham etmişdi.
Erməni Apostol Kilsəsi din xadimlərinin həbsini pisləyib və hadisəni hökumət tərəfindən kilsəyə sistemli təzyiq kimi qiymətləndirib.