Ermənistanda 256 yeni koronavirus halı qeydə alınıb, 7 nəfər vəfat edib
Son bir gündə Ermənistanda 256 yeni koronavirus halı aşkarlandı, 188 xəstə sağaldı, ölənlərin sayı yeddi nəfər artdı. Məlumatı ölkənin Səhiyyə Nazirliyinə əsaslanan erməni mətbuatı yayıb.
16 Avqust tarixinə aktiv halların sayı 6,175 – dir .
Pandemiya başlayandan bəri Ermənistanda 234,814 koronavirus haı aşkarlanıb, onlardan 222,801 nəfər sağalıb. Ermənistanda ümumilikdə 4.702 nəfər koronavirusdan həlak olub.