Ermənistanda 24 saatda koronavirusun 275 yeni halı aşkar edildi
Ermənistanda son 24 saat ərzində koronavirusun 275 yeni halı aşkar edildi, 373 pasiyent sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 7 pasiyent vəfat etdi.
Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 241 611 halı qeydə alınıb.
Virus nəticəsində ölkədə 4 830 insan vəfat edib, 226 665 pasiyent sağalıb.