Ermənistanda 1155 yeni "Covid 19" halı aşkarlandı, 21 pasiyent vəfat etdi
Ermənistanda 1155 yeni "Covid 19" halı aşkarlandı, 21 pasiyent vəfat etdi

Ermənistanda son bir güb ərzində 1155 yeni Covid-19 -a yoluxma faktı aşkarlanıb. Ermənistan mətbuatı bu barədə ölkənin Səhiyyə Nazirliyinə əsaslanaraq məlumat yayıb.

Ermənistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, son bir gündə koronavirusölkədə 21 nəfərin həyatına son qoyub, digər bir şəxs başqa xəstəlikdən dünyasını dəyişib.

Ermənistanda epidemiya başlayandan bəri Covid-19-dan ölənlərin sayı 6661 nəfərə çatıb.

Dünya Pandemiyası başlayandan bəri Ermənistanda 267 363 nəfər virusa yoluxub, onlardan 245 757 nəfəri sağalıb.