Ermənistana səfəri zamanı Rati Breqadze Armavir həbsxanasında Gürcüstan vətəndaşlarına baş çəkib
Gürcüstanın ədliyyə naziri Rati Breqadze Ermənistana səfəri çərçivəsində Armavir Penitensiar Müəssisəsinə baş çəkib. Ədliyyə naziri infrastruktura baxış keçirib, Armavir həbsxanasında cəza çəkən Gürcüstan vətəndaşları ilə söhbət edib. Ermənistanda 7 Gürcüstan vətəndaşı cəza çəkir.
Rati Breqadze məhbusların hüquqlarının yüksək səviyyədə qorunmasına görə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə təşəkkür edib.
Gürcüstan nümayəndə heyəti cəzaçəkmə müəssisəsinin rejim, müalicə və mətbəx hissələrinə baxış keçirib.
Armavir həbsxanasının infrastrukturunun yenilənməsi prosesi gedir, yeni videomüşahidə sistemi quraşdırılıb.
Gürcüstan nümayəndə heyəti artıq ikinci gündür ki, Ermənistandadır. Rati Breqadze ilə yanaşı, Ermənistanda nazir müavinləri – Tamar Tkeşelaşvili və Buba Lomuaşvili, Dövlət Reyestrinin Milli Agentliyinin sədri Oleq (Baço) Tortladze və Xüsusi Penitensiar Xidmətin rəhbəri Nika Tsxvaraşvili var.