Ermənistan və İranın müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Ermənistan və İranın müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

 

Ermənistan və İranın müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Suren Papikyanla Aziz Nasirzade arasında telefon danışığı aparılıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən, telefon danışığı zamanı nazirlər beynəlxalq və regional təhlükəsizliyin gündəliyində olan məsələləri, eləcə də ikitərəfli əməkdaşlığın gündəliyində olan məsələləri müzakirə ediblər.

Yayılmış məlumata əsasən, hər iki tərəf regionda sabitliyin və sülhün möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.