Ermənistan və İranın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub
Ermənistan və İranın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub

Ermənistan və İranın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Erməni mediasının məlumatına görə, Abbas Arakçi bildirib: “Biz genişmiqyaslı müharibənin ortasındayıq. İran İslam Respublikası, İsrailə və regiondakı ABŞ bazalarına qarşı hücumlarla aqressiyaya cavab verib, öz liderinin qanı üçün düşmənlərə qisas almağa hazırdır.”

Öz növbəsində, Ararat Mirzoyan İranın dini liderinin və İran vətəndaşlarının ölümü ilə bağlı kədərini ifadə edib.

O həmçinin İrana hər növ humanitar yardım göstərməyə hazır olduğunu bildirib və ümid edir ki, mövcud vəziyyət diplomatik yollarla həll olunacaq.