Ermənistan və Azərbaycan sərhəddə atışma barəsində məlumat yayırlar

12:11, 11.05.2023

Ermənistan və Azərbaycan sərhəddə qarşıdurma barəsində məlumat yayırlar.

Ermənistan mediasının məlumatına görə, Ermənistan Müdafiə Nazirliyində yerli vaxtla saat 6:00-dan Azərbaycan silahlı qüvvələrinin Sotki kəndi istiqamətində yerləşən erməni mövqelərini minaatanlardan atəşə tutmağa başladığını bəyan etdilər. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi, Aram Torosyanın dediyinə görə, nəticədə 3 nəfər yaralandı.

Öz növbəsində, Azərbaycan atəşkəş razılaşmasının pozulmasında Yerevanı təqsirləndirdi. Azərbaycan Müdafiə Nazirliyində bəyan etdilər ki, Azərbaycan cavab tədbirlərini görür.

“Bu gün səhərdən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da ağırlaşdırırlar. Azərbaycan ordusunun mövqelərinə minaatanlardan atırlar. Öz növbəsində Azərbaycan da cavab tədbirlərini görür”, – Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Oxşar