Ermənistan və Azərbaycan sərhəd zonasında bir -birini təxribatlarda ittiham edir
Ermənistan və Azərbaycan sərhəd zonasında bir -birini təxribatlarda ittiham edir.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, iki erməni əsgəri bıçaqla Azərbaycan sərhədçisinə hücum edərək onu yaralayıb. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni hərbçiləri mütəmadi olaraq Azərbaycan ərazilərinə ekoloji ziyan vurmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın yaydığı məlumatı təkzib edir. Erməni tərəfinin məlumatına görə, Azərbaycan hərbçiləri Şoş və Mxitaraşen istiqamətində Ermənistan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutublar.