Ermənistan və Azərbaycan Donald Trampın vasitəçiliyi ilə sülhə can atmaq öhdəliyi götürəcəkləri qarşılıqlı anlaşma memorandumu imzalayacaqlar
Ermənistan və Azərbaycan Donald Trampın vasitəçiliyi ilə sülhə can atmaq öhdəliyi götürəcəkləri qarşılıqlı anlaşma memorandumu imzalayacaqlar

 

Ermənistan və Azərbaycan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülhə can atmaq öhdəliyi götürəcəkləri qarşılıqlı anlaşma memorandumu imzalayacaqlar. Bu haqda məlumatı “Middle East Eye” yayır.

Mənbələrin məlumatına əsasən, Əliyev və Paşinyanın sülh müqaviləsi layihəsini deyil, “niyyətlər məktubu”nu imzalayacağı gözlənilir.

“Middle East Eye”ın qiymətləndirməsinə əsasən, memorandumun imzalanması Donald Trampa diplomatik uğur qazandıracaq. Nəşr yazır ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sammit barədə məlumat vermək üçün avqustun 4-də türkiyəli həmkarı Hakan Fidana zəng edib. Azərbaycanın materik hissəsini onun anklavı Naxçıvanla Ermənistan ərazisindən keçməklə birləşdirəcək Zəngəzur dəhlizi əsas maneələrdən biri olaraq qalır.

Medianın məlumatına əsasən, ötən ay ABŞ-nin səfiri Tomas Barak rəsmi olaraq bəyan edib ki, dəhlizin 100 il müddətinə istismarı Amerika şirkətinə verilə bilər, bununla da nəqliyyat marşrutunun təhlükəsizliyi və etibarlılığı ilə bağlı hər iki tərəfin narahatlığı aradan qalxacaq.