Ermənistan və ABŞ Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar
Ermənistan və ABŞ Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar

 

Ermənistan və ABŞ Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar.

Xüsusilə, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio imzalayıblar.

Erməni mediasının məlumatına əsasən, tərəflər həmçinin “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə əməkdaşlığa dair çərçivə saziş bağlayıblar, eləcə də mineral resursların hasilatı və inkişafı sahəsində memorandum imzalayıblar.

İmza mərasimi Yerevanın Zvartnots beynəlxalq hava limanında keçirilib.

Ermənistanın xarici işlər naziri media ilə söhbətində qeyd edib ki, Yerevan Vaşinqtonla strateji tərəfdaşlığını yeni səviyyəyə qaldırıb.

“Biz ABŞ ilə strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırdıq və onu “Hərtərəfli Strateji Tərəfdaşlıq” adlandırdıq. Bu gün biz ABŞ ilə TRIPP layihəsinin dövlətlərarası sazişini paraflamağa nail olduq. Bundan əvvəl biz süni intellekt, yarımkeçiricilər və nüvə enerjisi sahələrində sazişlər imzalamışdıq. İndi isə nadir torpaq metalları ilə bağlı yeni sənədə imza atdıq” – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Marko Rubio Hindistandan Yerevana gəlib və bu gün Ermənistanı tərk edəcək.