Ermənistan, Tacikistan və Qırğızıstan sülhməramlıları Almatını tərk etdilər

10:31, 14.01.2022

Ermənistan, Tacikistan və Qırğızıstan sülhməramlıları Almatını tərk etdilər. Bu barədə məlumatı rus mediası yayır.

Yayılan məlumata görə, hərbçilər daimi dislokasiya yerlərinə qayıtdılar.

Tacikistan və Ermənistan sülhməramlıları Rusiyanın hərbi-nəqliyyat təyyarələri ilə Qazaxıstanı tərk etdilər, Qırğızıstan qoşunları isə, quru sərhədindən keçərək vətənlərinə qayıtdılar.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti ölkə prezidentinin müraciəti əsasında yanvarın 6-da Qazaxıstana göndərildi. Bu, ölkədə etiraz aksiyaları zamanı baş verən toqquşmalardan və qurbanlardan sonra baş verdi.

Məlum olduğu kimi, xarici ölkənin kontinqentinin Qazaxıstandan çıxarılması 19 yanvarda başa çatmalıdır.

Oxşar