Ermənistan Səhiyyə naziri - yoluxma halları yenə də qeydə alınır, bu isə deməkdir ki, koronavirusun yeni partlayışı gözlənilir
Ermənistan Səhiyyə naziri - yoluxma halları yenə də qeydə alınır, bu isə deməkdir ki, koronavirusun yeni partlayışı gözlənilir

Ermənistan Səhiyyə naziri, Arsen Torosyan bəyan edir ki, ölkədə hərgünlük hospitallaşdırma baxımından vəziyyət yenə də gərgindir. Nazirin dediyinə görə, Ermənistanda hazırda kornavirusa yoluxan 391 insanın sağlamlıq vəziyyəti ağırdır, 59 pasiyentin isə, kritikdir. Onun məlumatına görə, 15 pasiyent bu vaxta qədər süni nəfəs alma aparatına qoşulubdur.

Səhiyyə nazirinin dediyinə görə, təhlükəli tendensiya mövcuddur ki, müxtəlif müəssisələrdə yeni hallar qeydə alınır.

“Təcrübə göstərir ki, bundan sonra yeni partlayış gözlənilir. Faktiki olaraq, indi bu cür ssenari mümkündür, buna görə, qaydaların qorunması vacibdir”, – Arsen Torosyan bəyan etdi.