Ermənistan Prezidenti Yerevanda Gürcüstanın səfirliyinə gedib və Gürcüstan hakimiyyətini, gürcü xalqını və diplomatları Müstəqillik Günü münasibətilə təbrik edib
Mayın 26-da Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan Gürcüstanın Yerevan şəhərindəki səfirliyində qonaq olub.
Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, prezident Gürcüstan hakimiyyətini, gürcü xalqını və diplomatları Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib.