Ermənistan polisi Antikorrupsiya Məhkəməsinin həyətində “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın 17 tərəfdarını saxlayıb. Bu barədə məlumatı erməni mediası yayır.
Medianın Ermənistanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verdiyi kimi, onları Cinayət Prosessual Məcəlləsinin 182-ci maddəsini (polis əməkdaşının qanuni əmrini yerinə yetirməmə) pozduqlarına görə saxlayıblar.
Aprelin 17-də Antikorrupsiya Məhkəməsi “Güclü Ermənistan” partiyasının lideri, iş adamı Samvel Karapetyanın məhkəmə prosesini yeniləyib.
Həyətə toplaşan Samvel Karapetyanın tərəfdarları ilə polis arasında qarşıdurma baş verib, bundan sonra da polis həmin şəxsləri saxlayıb.