Ermənistan Parlamentində hakim partiya və müxalifət nümayəndələri arasında dava baş verib

12:53, 06.10.2026

 

Ermənistan Milli Assambleyasında doqquzuncu çağırışın ikinci sessiyasının iclasında deputatlar arasında dava düşüb.

Münaqişə “Güclü Ermənistan”ın deputatı Edqar Ğazaryanın çıxışı zamanı başlayıb. Ğazaryan parlamentin sədri Ruben Rubinyanın fəaliyyətini tənqid edib və bildirib ki, gündəliyə yeni spikerin seçilməsi məsələsinin daxil edilməməsi parlamentin normal fəaliyyətini təhlükə altına salır.

Bununla yanaşı, Ğazaryan Erməni Həvari Kilsəsi ilə bağlı istintaq komissiyasının yaradılmasını da parlamentin səlahiyyətlərindən kənar hesab edib və deputatların premiyaları məsələsini də qaldırıb.

Ermənistan Parlamentinin sədri onun çıxışını iki dəfə kəsib, mikrafonunu söndürüb və bu məsələnin gündəliyə aid olmadığını açıqlayıb.

Bundan sonra salonda “Güclü Ermənistan” və “Mülki Müqavilə” fraksiyalarının nümayəndələri arasında söz davası başlayıb və bu, əlbəyaxa davaya çevrilib.

Vəziyyəti sakitləşdirmək üçün salona Dövlət Mühafizə Xidmətinin əməkdaşları daxil olublar, spiker isə fasilə elan edib.

Oxşar