Ermənistan müxalifəti sabah, mayın 7-də tərəfdarlarına müraciət edəcək. Bu barədə bəyanatı öz Facebook sahifəsində ölkənin baş naziri vəzifəsinə namizəd, Nikol Paşinyan yaydı.
Onun dediyinə görə, sabah Yerevana tanınmış qrupun, System of a Down-un keçmiş solisti Serj Tankiyan gəlir. Onun konserti Respublika Meydanında keçiriləcək.
“Sabah aeroportda Serj Tankiyanı qarşılayacağıq. Saat 21:00-da Respublika Meydanında sizə müraciət edəcəyik. Bundan sonra Serj Tankiyanın konserti keçiriləcək”, – Nikol Paşinyan bəyan etdi.