Ermənistan Müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutunyan istefa etdi.
News.am bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə əsaslanaraq məlumat yayır.
Məlum olduğu kimi, artıq Müdafiə Nazirliyinin əməkdaşları ilə vidalaşıb.
News.am-ın məlumatına görə, Nazir səlahiyyətlərini icra edən vəzifəni Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan alacaq.