Ermənistan mətbuatının məlumatına görə, İrəvanda keçirilən növbəti etiraz aksiyasında 111 fəal saxlanılıb
Erməni media vasitəsilərinin məlumatına görə, İrəvanda keçirilən növbəti etiraz aksiyası zamanı 111 fəal polis tərəfindən saxlanılıb. Onlar xuliqanlıqda ittiham olunurlar.
Mitinq Ermənistan paytaxtında hökumət binası yaxınlığında baş tutub. Hadisə yerində də qarşıdurma olub. Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarının üç əməkdaşı xəstəxanaya aparılıb.
Müxalifət isə öz növbəsində fəalların həbsi zamanı polisin həddindən artıq güc tətbiq etdiyini, hətta deputatları döydüyünü iddia edir.
Mayın əvvəlindən Ermənistanda etirazlar səngimir. Müxalifət hazırkı baş nazir Nikol Paşinyanı dövlət maraqlarına xəyanətdə və Azərbaycana güzəştə getməkdə ittiham edir.
Fəallar Paşinyan və hökumətinin istefasını tələb edirlər.