Ermənistan Konstitusiya Məhkəməsi “Tramp marşrutu” layihəsi ilə bağlı sazişi ölkə Konstitusiyasına uyğun hesab edib

16:14, 16.09.2026

Ermənistan Konstitusiya Məhkəməsi “Tramp marşrutu” layihəsi ilə bağlı sazişi ölkə Konstitusiyasına uyğun hesab edib. Qərarın tam mətni üç gün ərzində dərc olunacaq. Bundan sonra sənəd ratifikasiya üçün Ermənistan parlamentinə təqdim ediləcək.

“Tramp marşrutu” ilə bağlı çərçivə sazişi Ermənistan və ABŞ arasında mayın 26-da paraflanıb. Sənədin imzalanması prosesi iyunun 4-də ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın imzası ilə başa çatıb. İyul ayında Ermənistan hökuməti sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib.

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, hökumət “Tramp marşrutu” layihəsinin icrasına mümkün qədər tez başlamaq istəyir. O, ərazidə tikinti işlərinin hətta bu ilin payızında başlaya biləcəyinə ümid etdiyini açıqlamışdı.

Lakin Ermənistanın ABŞ-dakı səfiri, daha sonra isə Azərbaycanın xarici işlər naziri verilən açıqlamalarda tikinti işlərinin, ehtimal ki, gələn ilin əvvəlində başlayacağına işarə ediblər.

Oxşar