Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədinin mühafizəsinə rus hərbçilər ilə birlikdə, Ermənistanın sərhəd qoşunları da cəlb olunacaq
Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədinin mühafizəsinə 2025-ci ilin yanvarın 1-dən rus hərbçilər ilə birlikdə, Ermənistanın sərhəd qoşunları da cəlb olunacaq.
Bu haqda məlumatı Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan yayıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimer Putinin görüşündə 2025-ci ilin yanvarın 1-dən Ermənistan və İran, eləcə də Ermənistan və Türkiyə dövlət sərhədinin mühafizəsində Ermənistanın Milli Təhlükəsizlik Şurası Xidmətinin sərhəd qüvvələrinin nümayəndələrinin iştirak edəcəkləri haqda razılıq əldə olunub” – Ermənistanın Baş nazirinin mətbuat katibinin bəyanatında deyilir.
Eyni bəyanatda Ermənistan hökumətinin başçısı ilə Rusiyanın Prezidentinin görüşündə məsələlərin geniş spektrinin müzakirə edildiyi, enerji, təhsil və humanitar sahələrlə bağlı konkret razılaşmaların əldə edildiyi qeyd olunub.