Ermənistan hökumətində bildirirlər ki, dəmir yolunun, boru kəmərlərinin və elektrik ötürücü xətlərin idarə olunması autsorsinqlə həyata keçirilə bilər
Ermənistan hökumətində bildirirlər ki, dəmir yolunun, boru kəmərlərinin və elektrik ötürücü xətlərin idarə olunması autsorsinqlə həyata keçirilə bilər

 

Dəmir yolunun, boru kəmərlərinin və elektrik ötürücü xətlərin idarə olunması autsorsinqlə həyata keçirilə bilər – bu barədə Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan deyib.

Ermənistanın hökumət başçısının mətbuat katibi bildirib ki, Ermənistan öz ərazisindən ərazi bütövlüyü, suverenlik və yurisdiksiya ilə bir araya sığmayan nəqliyyat kommunikasiyalarının keçmə variantlarını heç vaxt nəzərdən keçirməyib və nəzərdən keçirməyəcək.

“Ərazi bütövlüyü, suverenlik və yurisdiksiya çərçivəsində Ermənistan nəinki regional nəqliyyat kommunikasiyalarının fəaliyyət göstərməsi üçün müxtəlif düsturları nəzərdən keçirir, həm də bu düsturlardan hər hansı biri üzrə razılıq əldə etməkdə maraqlıdır” – Nazeli Bağdasaryan qeyd edib.