Ermənistan hökuməti Sünikdən keçən nəqliyyat marşrutunun 99 illiyinə ABŞ-a verilməsi barədə İspan mediasının məlumatını təkzib edir – Qeyd olunan məqalənin reallıqla heç bir əlaqəsi yoxdur
Ermənistan hökuməti Sünikdən keçən nəqliyyat marşrutunun 99 illiyinə ABŞ-a verilməsi barədə İspan mediasının məlumatını təkzib edir – Qeyd olunan məqalənin reallıqla heç bir əlaqəsi yoxdur

 

Ermənistan hökuməti Sünikdən keçən nəqliyyat marşrutunun 99 illiyinə ABŞ-a verilməsi barədə İspan mediasının məlumatını təkzib edir.

Ermənistan hökuməti tərəfindən yayılmış bəyanata əsasən, bəzi media tərəfindən xəbər kimi təqdim edilən nəşr əslində hibrid müharibənin və manipulyasiya təbliğatının daha bir təzahürüdür.

“Qeyd olunan məqalənin reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistan Respublikasının regional nəqliyyat infrastrukturunun blokadadan çıxarılması ilə bağlı mövqeləri “Sülh yollarının kəsişməsi” layihəsində aydın şəkildə formalaşmışdır. Baş nazir Nikol Paşinyan cari ilin iyulun 16-da keçirilən mətbuat konfransında bu məsələyə ətraflı toxunub. Media və ictimai dairələri bu cür yalan məlumatı yaymaqdan çəkinməyə, yalnız rəsmi və etibarlı mənbələrdən istifadə etməyə çağırırıq” – Ermənistan hökuməti tərəfindən yayılmış bəyanatda qeyd olunub.

Xatırladaq ki, İspaniya nəşri Ermənistan, Azərbaycan və ABŞ-nin Zəngəzur dəhlizinin Amerika şirkəti tərəfindən idarə olunmasını nəzərdə tutan memorandum üzrə razılığa gəlməsi haqda məlumat yayıb.