Ermənistan buğda, qarabaşaq yarması, qarğıdalı, günəbaxan toxumu və arpanı altı ay müddətinə qadağan etdi

10:10, 27.05.2022

Ermənistan buğda, qarabaşaq yarması, qarğıdalı, günəbaxan toxumu və arpanı altı ay müddətinə qadağan etdi. Bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edildi.

Press-relizdə izah edilir ki, Ermənistanda bu məhsulların yerli istehsalı ölkənin tələbatını ödəmir və bu, əsasən idxal hesabına həyata keçirilir.

Qadağa Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrə aid edilmir.

Oxşar