Ermənistan Azərbaycanı sərhəd zonasına atəş açmaqda ittiham edir, Azərbaycan tərəfi sözügedən fakt ilə bağlı bəyanat yaymayıb
Ermənistan Azərbaycanı sərhəd zonasına atəş açmaqda ittiham edir.
Erməni mediasının məlumatına əsasən, keçən gecə saat 00:30-dan 01:19-a kimi Syunik rayonunun Xnatsax kəndində fasiləsiz atəş səsləri eşidilib.
Erməni mediası ilə söhbətində Xnatsax kəndinin sakinlərindən biri fasiləsiz atəş səbəbindən müharibənin başladığı hissinə qapıldığını bildirib.
Erməni mediasına əsasən, son vaxtlar Azərbaycan Silahlı Qüvvələri Syunik rayonunun kəndlərini vaxtaşırı atəşə tuturdu.
Azərbaycan tərəfi sözügedən fakt ilə bağlı bəyanat yaymayıb.