Ermənilərin katolikosu II Qareqin - Kilsə əleyhinə kampaniya ölkəmizin dövlətçiliyinə, xalqın birliyinə ciddi təhlükə yaradır, Ermənistan kilsəsinə zərbələr vurur
Ermənilərin katolikosu II Qareqin - Kilsə əleyhinə kampaniya ölkəmizin dövlətçiliyinə, xalqın birliyinə ciddi təhlükə yaradır, Ermənistan kilsəsinə zərbələr vurur

 

Ermənilərin katolikosu II Qareqin Nikol Paşinyan hökumətini kilsə əleyhinə siyasətdə ittiham edib.

O bildirib ki, bu siyasət Ermənistanın dövlətçiliyini təhdid edir.

“Kilsə əleyhinə kampaniya ölkəmizin dövlətçiliyinə, xalqın birliyinə ciddi təhlükə yaradır, ölkəmizin yaxşı adına və Ermənistan kilsəsinə zərbələr vurur” – ermənilərin katolikosunun bəyanatında deyilir.

II Qareqinin qeyd etdiyi kimi, hakimiyyət kilsəyə qarşı tədbirləri yalnız bəzi din xadimlərinə qarşı yönəlmiş addımlar kimi təqdim etməyə çalışır. O bildirib ki, aydındır ki, bu addımlar sistemli xarakter daşıyır və kilsəyə qarşı yönəlib.

Məlumat üçün bildirək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin katolikosunu tez-tez evlilik andını pozmaqda ittiham edir və onun istefa verməsini tələb edir. Paşinyan bildirir ki, “Ermənistanın Apostol Kilsəsi antixristian, doqmatik, antimilli və dövlət əleyhinə qrup tərəfindən zəbt edilib və azad edilməlidir”.

İyulun 7-də Ermənistan hökumətinin başçısı bildirib ki, əgər II Qareqin dövlət çevrilişi təşkil etməkdə və hakimiyyəti ələ keçirməyə çağırış etməkdə ittiham olunan arxiyepiskopların saxlanılmasını qanunsuz hesab edirsə, o zaman o, “onların ideologiyasını bölüşür və Ermənistanda hərbi çevriliş təşkil etməyi və xaos yaratmağı planlaşdırır”.

İyunun sonunda Ermənistanın İstintaq Komitəsi dövləti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham etdikləri Ermənilərin Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanı saxlayıb. Həmçinin, Şirakın arxiyepiskopu Mikael Acapahyan da eyni məqsədlə ictimai çağırışlar etmək ittihamı ilə saxlanılıb.