Erməni müxalifətçi Samvel Karapetyanı təcridxanadan azad ediblər, lakin ev dustaqlığında qalacaq
Erməni müxalifətçi, “Bizimki kimi” hərəkatının lideri və “Taşir” şirkətinin sahibi Samvel Karapetyanı təcridxanadan azad ediblər, lakin ev dustaqlığında qalacaq.
Erməni mediasının yazdığı kimi, Karapetyanı evi yaxınlığında tərəfdarları qarşılayıblar.
Məlumat üçün bildirək ki, Karapetyan hakimiyyəti ələ keçirməyə, ölkənin ərazi bütövlüyünü pozmağa və konstitusiya quruluşunu zorakı yolla devirməyə açıq çağırış etməkdə ittiham olunur.
Söhbət Karapetyanın Ermənistan hökumətini kilsəyə hücum etməkdə günahlandırdığı və Erməni Apostol Kilsəsini “özünə məxsus şəkildə” müdafiə edəcəyini dediyi müsahibədən gedir.