Erməni mediasının məlumatına görə, tanınmamış Dağlıq Qarabağda həyəcan səsi üç dəfə eşidildi
Erməni mediasının məlumatına görə, tanınmamış Dağlıq Qarabağda həyəcan səsi üç dəfə eşidildi, Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsi barəsində bəyan edir.
Erməni tərəfi məlumat yayır ki, Stepanakertdə gecə həyacan səsi üç dəfə eşidildi. Erməni mediasının yazdığına görə, Azərbaycan qüvvələri dinc vətəndaşlar istiqamətinə uzun məsafəli raketlər vasitəsilə həcum həyata keçirirdilər.
Bununla yanaşı, tanınmamış Dağlıq Qarabağın prezidenti öz “feysbuk” səhifəsində yazır ki, bu gün Stepanakertdə ən ağır sabah açıldı.
“Biz sonuna qədər vətənimizin müdafiəçiləriyləyik. Mübarizə həyat üçün deyil, halbuki ölümə qədərdir” Arayik Aratunyan yazır.
Azərbaycan tərəfi məlumat yayır ki, gecə ərzində atəşkəs razılaşmasını Ermənistan pozdu, nəticədə Azərbaycan Silahlı Qüvvələri cavab atəşi açdılar. Azərbaycan Müdafiə Nazirliyinin yazdığına görə, Ermənistan cəbhə xəttində böyük zərər gördü və geri çəkilməli oldu. Lakin Azərbaycanın dinc əhalisinə hücumlar hər halda davam edirdi.