Erməni mediasının məlumatına əsasən, Paşinyan Putinlə görüşdə Yerevanla Moskva arasında aktiv siyasi dialoqun getdiyini deyib
Erməni mediasının məlumatına əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyan Kremldə Rusiyanın Prezidenti Vladimer Putinlə danışıqlar aparıb.
Medianın yazdığı üzrə, Paşinyan Putinlə görüşdə Yerevanla Moskva arasında aktiv siyasi dialoqun getdiyini deyib.
“Son bir neçə ayda kifayət qədər aktiv siyasi dialoqumuzun olmasını bəyan etməkdən məmnunam . Rusiyanın vitse-baş naziri Ermənistana gəldi, nəinki hökumətlərarası komissiyanın iclası keçirildi, həm də bütün məsələlər üzrə məzmunlu danışıqlar aparıldı. Oktyabrın əvvəlində bizdə Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclası keçirildi. Bu tədbirdə Rusiyanın Baş naziri Mixail Mişustinlə Ermənistan və Rusiya Federasiyası arasında əməkdaşlığın məsələlərini və gündəliyi müzakirə etdik” – Paşinyan bildirib.
Erməni mediası onu da yazır ki, Paşinyanla Putinin görüşündə, eləcə də ondan əvvəl Azərbaycanın lideri İlham Əliyevlə Rusiyanın Prezidenti arasında keçirilən görüşdə dırnaqarası Zəngəzur dəhlizi mövzusu da müzakirə edilib.