Erməni mediası Vaşinqtonda Nikol Paşinyan, Donald Tramp və İlham Əliyevin üçtərəfli görüşünün keçiriləcəyi haqda məlumat verir
Erməni mediası Vaşinqtonda Nikol Paşinyan, Donald Tramp və İlham Əliyevin üçtərəfli görüşünün keçiriləcəyi haqda məlumat verir

 

Vaşinqtonda Nikol Paşinyan, Donald Tramp və İlham Əliyevin üçtərəfli görüşü keçiriləcək, bu barədə “Armenpress” yazır. Erməni mediası Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 7-8-də Vaşinqtona gedəcəyi haqda məlumat verir.

Paşinyan Administrasiyasının məlumatına əsasən, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Nikol Paşinyanın ikitərəfli görüşü keçiriləcək.

Bununla yanaşı, Nikol Paşinyan ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək.

Erməni mediası görüşün məqsədinin regionda sülhü, rifahı və iqtisadi əməkdaşlığı təşviq etmək olması haqda məlumat verir.