Erməni mediası Nikol Paşinyanın Moskvaya gedəcəyi və Vladimer Putinlə görüşəcəyi haqda məlumat verir
Erməni mediası Nikol Paşinyanın Moskvaya gedəcəyi və Vladimer Putinlə görüşəcəyi haqda məlumat verir

 

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 26-30-da “Ümumdünya Atom Həftəsi”nin keçirilməsi planlaşdırılan Rusiyanın paytaxtına gedəcək – bu barədə erməni mediası yazır.

Medianın məlumatına əsasən, tədbirdə öz nüvə proqramını inkişaf etdirən ölkələrin nümayəndələri iştirak edəcəklər.

Erməni mediasının yazdığı kimi, Nikol Paşinyan Rusiya Prezidenti Vladimer Putinlə görüşməyi planlaşdırır.

Ermənistanın Baş nazirinin ofisində Paşinyanın Rusiyaya getməsi ilə bağlı məlumatı hələlik təsdiqləmirlər.

Ermənistanın Baş naziri və Rusiya Prezidenti arasında sonuncu görüş Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində avqustun 31-də keçirilib.