Erməni mediası Nikol Paşinyanın iyunun 20-də Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi haqda məlumat verir
Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə məlumatı erməni mediası diplomatik mənbəyə istinadən yayır.
Yayılmış məlumata əsasən, Ermənistanın Baş naziri və Türkiyə Prezidenti Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcəklər.
Bakı ilə “Sülh müqaviləsi”nin imzalanması ilə bağlı gündəmdəki digər mühüm detallar Ermənistan mediasına məlum olub, bunun daha sonra dərc olunması planlaşdırılır.
Bununla yanaşı, Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Türkiyəyə planlaşdırılan səfərlə bağlı “24News”un məlumatını şərh edərkən Ermənistanın Baş nazirinin bütün beynəlxalq səfərləri ilə bağlı müvafiq məlumatın vaxtında yayılacağını bildirib.