Erməni mediası - Marko Rubio Yerevan Hava Limanında Ararat Mirzoyanla anlaşma memorandumu imzalayacaq və faktiki olaraq, hava limanını tərk etməyəcək
Marko Rubio Ermənistanın paytaxtı Yerevana gedib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər ABŞ dövlət katibini Zvartnots beynəlxalq hava limanında qarşılayıblar.
Erməni mediasının yazdığı kimi, Rubionun Ermənistana səfəri qısa olacaq və o, faktiki olaraq Zvartnots Hava Limanını tərk etməyəcək.
Məlum olduğu kimi, Marko Rubio hava limanında Ararat Mirzoyanla anlaşma memorandumu imzalayacaq.
Marko Rubio Hindistandan Yerevana uçub, Ermənistandan isə Vaşinqtona yola düşəcək.