Erməni mediası xüsusi təyinatlı dəstələrin Gümrü şəhərinin meriyasına daxil olması haqda məlumat verir
Erməni mediası xüsusi təyinatlı dəstələrin Gümrü şəhərinin meriyasına daxil olması haqda məlumat verir.
Ermənistanın Antikorrupsiya Komitəsindən jurnalistlərə bildiriblər ki, Antikorrupsiya Komitəsinin istintaqı çərçivəsində Gümrünün Meriyasında istintaq hərəkətləri aparılır.
Bundan əvvəl Gümrünün meri Vardan Qukasyanın oğluna qarşı hədə-qorxu ilə tələb etmə və əmlakı mənimsəmə işi üzrə istintaq başladılıb.
Məlumat üçün bildirək ki, oktyabrın 7-də Gümrünün meri Vardan Qukasyan özünün və ailə üzvlərinin təqib olunduğunu bəyan edib. O, həmçinin seçicilərə və bütün müxalifət partiyalarına müraciət edərək ona qarşı “anti-demokratik addımlar atılır” və “təslim olmayacaq” deyib.