Erməni mediası Gümrü şəhərinin meriyasında əməkdaşlar ilə xüsusi təyinatlı dəstənin üzvləri arasında qarşıdurma baş verməsi haqda məlumat verir
Erməni mediası Gümrü şəhərinin meriyasında əməkdaşlar ilə xüsusi təyinatlı dəstənin üzvləri arasında qarşıdurma baş verməsi haqda məlumat verir

 

Erməni mediası Gümrü şəhərinin meriyasında əməkdaşlar ilə xüsusi təyinatlı dəstənin üzvləri arasında qarşıdurma baş verməsi haqda məlumat verir. Eyni zamanda, vətəndaşlar meriyanın binası yaxınlığına toplaşırlar. Binanın girişini bağlayan polis hadisə yerinə səfərbər olunub.

Hadisə yerinə gələn vətəndaşlar “Ayıbdır” şüarları səsləndirirlər.

Meriyanın əməkdaşlarının məlumatına əsasən, şəhərin meri Vardan Qukasyan binadadır və faktiki olaraq, təcrid olunub. Onun bu gün saxlanılacağını ehtimal edirlər.

Bundan əvvəl, erməni mediası milli təhlükəsizlik xidmətlərinin əməkdaşlarının Gümrünün Meriyasına daxil olması haqda məlumat yaydı. Ermənistanın Antikorrupsiya Komitəsindən jurnalistlərə bildiriblər ki, Antikorrupsiya Komitəsinin istintaqı çərçivəsində Gümrünün Meriyasında istintaq hərəkətləri aparılır. Bundan əvvəl Gümrünün meri Vardan Qukasyanın oğluna qarşı hədə-qorxu ilə tələb etmə və əmlakı mənimsəmə işi üzrə istintaq başladılıb.

Məlumat üçün bildirək ki, oktyabrın 7-də Gümrünün meri Vardan Qukasyan özünün və ailə üzvlərinin təqib olunduğunu bəyan edib. O, həmçinin seçicilərə və bütün müxalifət partiyalarına müraciət edərək ona qarşı “anti-demokratik addımlar atılır” və “təslim olmayacaq” deyib.