Erməni mediası – Ermənistanın cəzaçəkmə müəssisəsində müxalifətçi Arsen Qevorkyan dünyasını dəyişib

14:22, 10.11.2026

 

Ermənistanın Stepanavan şəhərinin merliyinə namizəd, müxalifətçi Arsen Qevorkyan cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.

Erməni mediasına əsasən, o, ürəktutması keçirib və bu da onun qəfil dünyasını dəyişməsinə səbəb olub.

Cəzaçəkmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nona Navikyan erməni mediasına açıqlayıb ki, noyabrın 10-da təxminən səhər saat 07:55-də 1980-ci il təvəllüdlü kişinin səhhətinin pisləşməsi səbəbindən təcili tibbi yardım briqadası çağırılıb. O, təxminən səhər saat 08:30-da təcili yardım briqadasının onun bioloji cəhətdən öldüyünü elan etdiyini bildirib.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Stepanavan merliyinə “Güclü Ermənistan“ partiyasının namizədi Arsen Qevorkyan barəsində ikiaylıq həbs qətimkan tədbiri seçmişdi.

“Güclü Ermənistan” partiyasının bəyanatına əsasən, yüzlərlə insanın əsassız olaraq nüfuzdan düşürülməsi və həbs edilməsi əmrini verən şəxs daha bir müxalif xadimin həbsxanada ölümünə görə məsuliyyət daşıyır.

“Hakimiyyət onu seçkilərdən əvvəl saxladı, uydurma ittihamlar əsasında ona qarşı böhtan kampaniyasına başladı. Daha bir müxalif xadimin həbsxanada vəfat etməsinin məsuliyyəti yüzlərlə insanın əsassız olaraq nüfuzdan düşürülməsi və həbs edilməsi əmrini verən eyni şəxsin boynuna düşür“ – bəyanatda qeyd olunub.

Oxşar