Erməni katolikos-patriarxı və altı yepiskop barəsində açılan iş üzrə ilk məhkəmə iclası avqustun 7-də keçiriləcək. İclasa II Qaregin və yepiskoplar da qatılacaqlar
Vəkil Ara Zoqrabyanın məlumatına görə, avqustun 7-də saat 16:00-da Ermənistanın Armavir Ümumi Yurisdiksiya Məhkəməsində Bütün Ermənilər Katolikosu və Ali Ruhani Şuranın üzvləri barəsində açılmış cinayət işi üzrə ilkin dinləmənin ilk məhkəmə iclası keçiriləcək.
“Dövlətin Bütün Ermənilər Katolikosunun yeparxiya rəhbərinin vəzifədən azad edilməsi və yepiskopun vəzifəsindən məhrum edilməsi ilə bağlı qərarlarına müdaxiləsi kilsənin muxtariyyəti, dövlət və kilsə arasındakı konstitusion münasibətlər, eləcə də dini azadlığın fundamental prinsiplərinin pozulması və utancverici tarixi hadisədir.
Erməni patriarxı kilsə və kanonik vəzifələrini yerinə yetirdiyinə görə cinayət təqibinə məruz qalır. Bu cinayət işi çərçivəsində məhkəmə yalnız şəxslərə qarşı irəli sürülən ittihamları deyil, həm də mühüm bir sualı araşdıracaq: dünyəvi hakimiyyət kilsənin daxili işlərinə müdaxilə edə və Bütün Ermənilər Katolikosunun kanonik səlahiyyətlərini həyata keçirməsini cinayət kimi qiymətləndirə bilərmi?” – deyə vəkil bildirib.