Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizmi çərçivəsində növbəti görüş keçirilir
Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizmi çərçivəsində növbəti görüş keçirilir

 

Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizmi çərçivəsində növbəti görüş keçirilir.

İşğal xəttinə yaxın baş verən insident görüşdə müzakirə olunacaq əsas məsələ olacaq. İki gün əvvəl rus hərbçilər tərəfindən yetkinlik yaşına çatmayan 4 nəfərin saxlanılmasından söz gedir.

“Qanunsuz həbsdə olan Gürcüstan vətəndaşlarının azadlığa buraxılması görüşdə əsas məsələ olacaq. Hazırda Gürcüstanın 11 vətəndaşı qanunsuz həbsdədir. Yanvardan bu günədək hesabat dövründə 23 saxlama halı qeydə alınıb. Əvvəlki görüşdən bu günə qədər isə 7 qanunsuz saxlama faktı baş verib. Bugünkü görüşdə qanunsuz sərhədləşmə faktlarından danışacağıq. Səkkiz hadisə Kareli, Qori və Kaspi munisipalitetlərində baş verib. Bugünkü görüşdə, təbii ki, iki gün əvvəl baş vermiş insidentə toxunulacaq. Əsas odur ki, qısa müddət ərzində yetkinlik yaşına çatmayan şəxslər ailələrinə qayıtsınlar. Digər detallardan görüş bitdikdən sonra danışacağıq” – Dövlət Təhlükəsizliyi Xidmətinin Analitik Departamentinin direktor müavini İrakli Antadze bildirib.