Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Verilməsi Mexanizminin 133-cü görüşü keçirilib

19:37, 23.07.2026

 

Qori Munisipalitetinin Erqneti kəndində İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Verilməsi Mexanizminin (IPRM) 133-cü görüşü keçirilib.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti, görüş iştirakçılarının əvvəlki görüşdən bu günədək işğal olunmuş regionda və işğal xəttinə yaxın ərazilərdə qeydə alınmış bütün mühüm insidentləri ətraflı müzakirə etdiklərinə dair məlumat verir.

“Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri Gürcüstan vətəndaşı Tamaz Qinturinin qətlində təqsirli bilinən Rusiya işğalçı qüvvələrinin nümayəndəsinin/nümayəndələrinin məsuliyyətə cəlb edilməsi və ədalətin bərqərar olunması məsələsini yenidən kəskin şəkildə qaldırıblar.

Mərkəzi hakimiyyətin nümayəndələri dırnaqarası “sərhədləşdirmə” prosesini bir daha pisləyiblər. Müzakirənin vacib hissəsi sərbəst hərəkətin qanunsuz məhdudlaşdırılmasına və dırnaqarası keçid məntəqələrində mövcud rejimə həsr olunub.

Bununla yanaşı, görüşdə işğal olunmuş Sxinvali regionunda fundamental insan hüquqlarının pozulmasının artan meyli xüsusi qeyd olunub. Mərkəzi hakimiyyətin nümayəndələri qanunsuz həbsdə olan bütün şəxslərin dərhal azad edilməsini kəskin şəkildə tələb ediblər” — DTX-nin yaydığı məlumatda deyilir.

2026-cı ilin sentyabrın 8-i İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Verilməsi Mexanizminin növbəti görüşünün tarixi olaraq müəyyən edilib.

Oxşar