Erqnetidə İnsidentlərin qarşısının alınması və onlara reaksiya mexanizmi çərçivəsində 134-cü görüş keçirilib

19:43, 08.09.2026

Qori bələdiyyəsinin Erqneti kəndində İnsidentlərin qarşısının alınması və onlara reaksiya mexanizminin (IPRM) 134-cü görüşü keçirilib.
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, görüşdə əvvəlki görüşdən bu günədək işğal olunmuş regionda və işğal xəttinə bitişik ərazilərdə qeydə alınmış bütün mühüm insidentlər ətraflı müzakirə edilib. Həmçinin sərbəst hərəkətin qanunsuz məhdudlaşdırılması və qondarma keçid məntəqələrində mövcud rejim məsələsi müzakirə olunub.

“Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri Gürcüstan vətəndaşı Tamaz Qinturinin qətlində təqsirli olan Rusiya işğalçı qüvvələrinin nümayəndəsinin/nümayəndələrinin məsuliyyətə cəlb edilməsi və ədalətin təmin olunması məsələsini bir daha kəskin şəkildə gündəmə gətiriblər.

Mərkəzi hökumətin nümayəndələri qanunsuz qondarma “borderizasiya” prosesini bir daha pisləyiblər.

Görüşdə işğal olunmuş Sxinvali regionunda fundamental insan hüquqlarının pozulması tendensiyası xüsusi vurğulanıb.

Mərkəzi hökumətin nümayəndələri qanunsuz həbsdə saxlanılan bütün şəxslərin dərhal azad edilməsini qəti şəkildə tələb ediblər.

İnsidentlərin qarşısının alınması və onlara reaksiya mexanizminin növbəti görüşünün tarixi oktyabrın 22-si müəyyən edilib”, – deyə DTX-nin məlumatında bildirilir.

Oxşar