Erqneti kəndində İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Verilməsi Mexanizminin 135-ci görüşü keçirilib
Qori Munisipalitetinin Erqneti kəndində İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Verilməsi Mexanizminin (IPRM) 135-ci görüşü keçirilib. Görüşdə əvvəlki görüşdən bu günədək işğal olunmuş regionda və işğal xəttinə yaxın ərazilərdə qeydə alınmış bütün insidentlər ətraflı şəkildə nəzərdən keçirilib. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
Onların məlumatına əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri Gürcüstan vətəndaşı Tamaz Qinturinin qətlində təqsirli bilinən Rusiya işğalçı qüvvələrinin nümayəndəsinin/nümayəndələrinin məsuliyyətə cəlb edilməsi və ədalətin bərqərar olunması məsələsini yenidən kəskin şəkildə qaldırıblar.
“Həmçinin, sərbəst hərəkətin qanunsuz məhdudlaşdırılması və qondarma keçid məntəqələrində mövcud rejim görüşdə müzakirə olunan məsələlərdən biri idi.
Mərkəzi hakimiyyətin nümayəndələri qanunsuz dırnaqarası “borderizasiya”nı bir daha pisləyiblər və qanunsuz həbsdə saxlanılan bütün şəxslərin dərhal azad edilməsini kəskin şəkildə tələb ediblər.
Görüşdə işğal olunmuş Sxinvali regionunda fundamental insan hüquqlarının pozulması meyli xüsusilə qeyd olunub.
Dekabrın 15-i IPRM-in növbəti görüşünün tarixi olaraq müəyyənləşdirilib” – Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd olunub.