Erqneti kəndində insidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizminin 124-cü görüşü keçirilib
Qori Munisipalitetinin Erqneti kəndində insidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizminin (IPRM) 124-cü görüşü keçirilib və görüşdə əvvəlki görüşdən bu günə qədər işğal olunmuş bölgədə və işğal xətti boyunca qeydə alınan bütün vacib hadisələri müzakirə ediblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında, qurumun nümayəndələrinin Tamaz Qinturinin qətlində günahkar olanların cəzalandırılmasını bir daha qəti şəkildə tələb etdikləri deyilir.
Həmçinin, Gürcüstanın mərkəzi hakimiyyətinin nümayəndələri prinsipial şəkildə qanunsuz həbsdə olan bütün şəxslərin azad edilməsi məsələsini qaldırıblar və görüşlər arasında müəyyən edilən qanunsuz dırnaqarası sərhədləşmə faktlarını sərt şəkildə pisləyiblər. İşğal xəttinə yaxın yaşayan yerli əhalinin qarşısında duran humanitar problemlər, o cümlədən sərbəst hərəkət ilə bağlı mövcud problemlər və onların həlli imkanları müzakirə mövzusu olub.
İnsidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizminin növbəti görüşü 2025-ci ilin iyunun 11-nə təyin edilib.