Ərəb mediası Qəzza sektorunda İsrailin hərbi əməliyyatı zamanı azı 41 nəfərin həyatını itirməsi haqda məlumat verir
Qəzza sektorunda İsrailin hərbi əməliyyatı zamanı azı 41 nəfər həyatını itirib.
Ərəb mediasının məlumatına əsasən, bombardman nəticəsində bir ailənin 6 üzvü həlak olub.
Yayılmış məlumata əsasən, İsrailin hərbi təyyarələri Xan Yunis şəhərində yaşayış binalarını və məcburi köçkünlərin yaşadığı çadır qəsəbəsini bombalayıb.
Doqquz nəfərin öldüyü, 15 nəfərin isə yaralandığı Qəzza şəhərinə də İsrail hava zərbələri endirib.
BMT-nin nümayəndəsi Coys Msua BMT-nin Təhlükəsizlik Şurasına Qəzza sektorunun humanitar yardım işçiləri üçün dünyada ən təhlükəli yer olduğunu deyib.
“HƏMAS”ın İsrailin təklif etdiyi sülh şərtlərini rədd etdiyi barədə məlumat yayılır.