Erasmus+ Milli Ofisi – Gürcüstan hələ də Erasmus+ proqramının aktiv tərəfdaşı olaraq qalır, bütün cari və planlaşdırılan fəaliyyətlər fasiləsiz davam edir
Gürcüstan hələ də Erasmus+ proqramının aktiv və mühüm tərəfdaşı olaraq qalır. Bütün cari və planlaşdırılan fəaliyyətlər tam dəstəklənir və fasiləsiz davam edir – bu barədə Gürcüstanda Erasmus+ Milli Ofisi tərəfindən yayılmış məlumatda qeyd olunub.
Erasmus+ Milli Ofisinin məlumatında deyildiyi kimi, təhsil müəssisələri, tələbələr və maraqlı tərəfləri yalnız rəsmi mənbələrə istinad etməyə çağırırlar.
“Gürcüstanda Erasmus+ Milli Ofisi guya Erasmus+ proqramının Gürcüstanı tərk etməsi ilə bağlı son vaxtlar yayılan yalan məlumatı rəsmi və birmənalı şəkildə təkzib edir. Gürcüstan hələ də Erasmus+ proqramının aktiv və mühüm tərəfdaşı olaraq qalır. Bütün cari və planlaşdırılan fəaliyyətlər tam dəstəklənir və fasiləsiz davam edir. Biz təhsil müəssisələrini, tələbələri və maraqlı tərəfləri etibarlı məlumat almaq üçün yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq” – Gürcüstanda Erasmus+ Milli Ofisinin məlumatında deyilir.