Ər-Riyadda ABŞ Prezidenti Donald Tramp və Suriya Prezidenti Ahmed al-Şaraanın görüşü keçirilir – bu barədə “BBC” yazır.
“BBC”nin xəbər verdiyi üzrə, bu, Suriya və ABŞ liderləri arasında 2000-ci ildən sonra ilk görüşdür.
Medianın məlumatına əsasən, Donald Tramp və Ahmed al-Şaraanın görüşündə onlayn formatda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının şahzadəsi Muhamed bin Salman iştirak edirlər.
Görüş media üçün qapalı keçirilir.
Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini bəyan etmişdi. Trampın qeyd etdiyi kimi, Suriya üçün sanksiyaların ləğvi barədə qərarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhamed bin Salman və həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirədən sonra qəbul edib.
Donald Trampın qərarını Suriyada müsbət qarşılayıblar. Suriyanın xarici işlər naziri Asaad al-Şibaninin qiymətləndirməsinə əsasən, Suriyaya qarşı sanksiyaların ləğvi ölkənin yenidən qurulması yolunda yeni mərhələnin başlanğıcıdır.