Epidemioloji duruma görə, Belarus bu gündən sərhədlərini qismən bağlayacaq
Epidemioloji duruma görə, Belarus bu gündən sərhədlərini qismən bağlayacaq.
Ölkənin Sərhəd Mühafizəsi Xidmətində bəyan etdiklərinə görə, bir noyabrdan Belarusa avtomobil, qatar və piyada olaraq xarici ölkə vətəndaşları olan şəxslər üçün giriş müvəqqəti qadağan edilir.
İdarədə açıqlayırlar ki, müvafiq tədbirlər koronavirusun yayılmasının başdan rədd edilməsi üçün görüldü.
Məhdudiyyətlər Minsk Aeroportuna enən sərnişinlərə, diplomatlara və qohumları Belarusda yaşayan vətəndaşlara aid deyil.
Bununla yanaşı, yeni qaydalara əsasən, Belarusa gələn hər bir vətəndaş 10 gün məcburi izolasiyada olmalıdır.
Belarus koronavirusa yoluxma halları ilə 51-ci yerdədir. Ölkədə 98,5 min hal aşkar edilib, 980 pasiyent vəfat edib, 89 min insan müalicə olunaraq sağalıb.