Entoni Blinkenin bəyan etdiyinə görə, ABŞ Ukraynaya daha çox silah verməyə hazırdır, əgər buna ehtiyac və tələb olarsa
ABŞ Ukraynadan müvafiq müraciət alacağı təqdirdə, gələcəkdə ona daha çox silah verməyə hazırdır, – bu barədə ABŞ dövlət katibi, Entoni Blinken PBS ilə müsahibəsində bəyan etdi.
Blinken qeyd etdi ki, ABŞ müharibənin ilk günündən Ukraynanın özünü Rusiyanın təcavüzündən qorumaq üçün lazım olan hər şeyə malik olmasını təmin etməyə çalışır.
“Hansısa nöqsanlar, silahın defisiti olsa, deyəcəklər və biz hər şeyi edəcəyik ki, bu defisiti dolduraq”, – Blinken bəyan etdi.
Dünən Ukrayna prezidenti, Vladimir Zelenski bəyan etdi ki, Ukraynanın əks hücuma keçməsi üçün hələ bir az vaxt lazımdır. Onun dediyinə görə, döyüş briqadaları hazırdılar, lakin orduya yenə də zirehli texnika lazımdır.