Entoni Blinken – Yens Stoltenberqlə danışarkən biz Rusiyanın Ukraynanın öz ərazisində “çirkli bomba” istifadə etməyə hazırlaşdığına dair saxta ittihamlarını pislədik

10:45, 26.10.2022

ABŞ dövlət katibi, Entoni Blinken Rusiyada Ukraynanın “çirkli bombadan” istifadə etməsi ilə bağlı bəyanatı yalan adlandırdı.

“Bu gün mən NATO-nun baş katibi, Yens Stoltenberqlə danışdım. Biz Ukraynaya gələcək yardımı müzakirə etdik və Rusiyanın Ukraynanın öz ərazisində “çirkli bomba” istifadə etməyə hazırlaşdığına dair saxta ittihamlarını pislədik”, – Blinken “tvitterdə” yazır.

Məlumat üçün, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ukraynanın Rusiyaya qarşı “təxribat” planlaşdırdığını və “çirkli bombadan” istifadə etmək niyyətində olduğunu bildirdi. Kiyevdə deyirlər ki, Rusiya “çirkli bomba” partlatmağı planlaşdırır və bunu Ukraynanın üstünə atmaq istəyir.

Oxşar