Entoni Blinken yaxın vaxtlarda Sergey Lavrovla telefon danışığı aparmağı planlaşdırır
ABŞ dövlət katibi, Entoni Blinken yaxın vaxtlarda Rusiyanın Xarici İşlər naziri, Sergey Lavrovla telefon danışığı aparmağı planlaşdırır. Bu barədə “BBC” yazır. Bu, Ukraynada müharibə başlayandan sonra Blinken və Lavrov arasında ilk söhbət olacaq.
Blinkenin sözlərinə görə, o, iki məsələni müzakirə etmək istəyir – birincisi, Ukraynadan taxıl ixracı, ikincisi isə, Rusiyada yaxalanan Amerikalıların mübadiləsidir.
Söhbət casusluqda ittiham olunan Pol Uilan və Rusiyaya gələn zaman üzərində tibbi marixuana aşkar edilən basketbolçu, Britni Qraynerdən gedir.
Amerika mətbuatı yazır ki, məhbusları azad etmək üçün Vaşinqton hazırda terrorizmi təbliğinə görə 25 il həbs cəzası çəkən, silah alverçisi Viktor Butun mübadiləsinə razıdır.