Entoni Blinken və Dmitri Kuleba arasında telefon danışığı baş tutdu
ABŞ dövlət katibi Ukraynaya ərazi bütövlüyünün bərpasına yardım edəcəyinə söz verdi. Bu barədə Entoni Blinken Ukrayna Xarici İşlər Naziri, Dmitri Kuleba ilə telefon danışığı zamanı bəyan etdi.
ABŞ dövlət katibi Ukraynalı həmkarına dedi ki, ABŞ həmişə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edir.
“ABŞ dövlət katibi Xarici İşlər nazirini bu həftə açıqlanan 1,1 milyard dollarlıq yardım təşəbbüsü barədə məlumatlandırdı. Katib və Xarici İşlər naziri həmçinin, Ukrayna taxılının ona daha çox ehtiyacı olanlara çatmasını təmin etmək üçün səyləri müzakirə etdilər. Eləcə də, Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyi müzakirə edildi”, – ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.